NATO ÜDM-in 5 faizi ilə bağlı konsensusa çox yaxındır

Dünya

06.06.2025 - 09:53

cedabet dərman SEO Xidməti

“Biz Prezident Trampın başladığı işi davam etdirmək üçün buradayıq”

ABŞ müdafiə naziri Pit Heqset NATO ölkələrinin müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı tezliklə razılığa gələcəyini gözləyir. Müttəfiqlər ümumi daxili məhsulun (ÜDM) 5 faizinin müdafiə xərclərinə ayrılması ilə bağlı konsensusa çox yaxındır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə cümə axşamı, iyunun 5-də Şimali Atlantika Alyansının müdafiə nazirlərinin iclasının keçirildiyi Brüsseldə Pentaqonun rəhbəri deyib.

“Biz Prezident Trampın başladığı işi davam etdirmək üçün buradayıq ki, bu, alyans daxilində müdafiə xərclərinin 5%-i öhdəliyidir və bunun baş verəcəyini düşünürük”, –Heqset vurğulayıb.

AFP agentliyi xatırladır ki, NATO-nun baş katibi Mark Ruttenin təklifinə əsasən, 2032-ci ilə qədər Alyans ölkələri ÜDM-in ən azı 3,5%-ni müdafiəyə, daha 1,5%-ni isə müdafiə infrastrukturuna xərcləməli olacaqlar. Almaniya və Fransa artıq bu təkliflə razılaşıb. Eyni zamanda, İspaniya və Belçika təşəbbüsün əleyhdarları hesab edilir.

Bu arada, Heqset əmindir ki, razılıq Alyansın 24-26 iyunda Haaqada keçiriləcək sammitində əldə edilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş