NATO: “Putinin Rusiyanın nüvə doktrinasını dəyişməsini təhdiddir”

Dünya

27.09.2024 - 17:04

Həkimlər Klinikalar SEO Xidməti

Yens Stoltenberq: “Bu, Ukraynanı qorxutmaq və onu dəstəkləməmək üçün bizi qorxutmaq üsuludur”

“Rusiyanın nüvə doktrinasına Prezident Vladimir Putin tərəfindən təklif edilən düzəlişlər Qərb ölkələri və Ukraynanı qorxutmaq cəhdidir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Bu, Ukraynanı qorxutmaq və onu dəstəkləməmək üçün bizi qorxutmaq üsuludur. Məqsəd Ukraynaya kömək edənlərin özünü müdafiə etməsinə mane olmaqdır”, – Stoltenberq bildirib.

Bundan əvvəl NATO baş katibi bildirib ki, Alyans ölkələri Rusiya və Çindən artan təhdidlər səbəbindən nüvə raketlərinin hazır vəziyyətə salınması məsələsini müzakirə edirlər. Eyni zamanda, o, NATO-nun nüvə doktrinasına yenidən baxılmasına ehtiyac görmədiyini vurğulayıb.

Sentyabrın 25-də Təhlükəsizlik Şurasının iclasında Putin nüvə doktrinasına nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin təcavüzü Rusiyaya birgə hücum kimi qiymətləndiriləcək bənd əlavə etməyi təklif etdi. O, həmçinin Rusiyadakı hədəflərə qarşı qanadlı raketlərin və pilotsuz təyyarələrin kütləvi şəkildə buraxılması ilə bağlı “etibarlı məlumat” alınacağı təqdirdə nüvə silahından istifadə imkanının doktrinaya əlavə edilməsini təklif edib.

Kreml bildirib ki, bu dəyişikliklər Qərb ölkələri üçün müəyyən siqnal sayıla bilər ki, onlar “ölkəmizə nüvə deyil, müxtəlif vasitələrlə hücumda iştirak etsələr, bunun nəticələri barədə” xəbərdarlıq edir.

ABŞ dövlət katibi Antoni Blinken Rusiya hakimiyyətinin “nüvə ritorikasını” pisləməyə çağırıb və doktrinadakı dəyişiklikləri “məsuliyyətsiz” və “vaxtsız” adlandırıb. Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Peter Stano da Rusiya hakimiyyətinin hərəkətlərini “məsuliyyətsiz” və “ehtiyatsızlıq” adlandırıb.

Putinin bəyanatı Ukraynada da şərh edilib. Prezident aparatının rəhbəri Andrey Yermak təklif olunan dəyişiklikləri “nüvə şantajı” və “təhdid” hesab edib. "Bu alətlər işləməyəcək", deyə Yermak vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş