NATO-nun sammitinin vaxtı bilindi

Xəbərlər

22.04.2021 - 14:35

Həkimlər Klinikalar SEO Xidməti

Alyans 2030-cu ilə qədər əsas və perspektivli gündəliyi üzrə qərarlar qəbul edəcəyik

 

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti iyunun 14-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

 

“Biz Rusiyanın təcavüzkar hərəkətləri, terror təhlükəsi, kiberhücumlar, yeni və dağıdıcı texnologiyalar, iqlim dəyişikliyinin nəticələri və Çinin güclənməsi kimi bu günün və sabahın çağırışlarına cavab vermək üçün NATO-nun 2030-cu ilə qədər əsas və perspektivli gündəliyi üzrə qərarlar qəbul edəcəyik”, - deyə NATO-nun Baş katibi vurğulayıb.

 

Qeyd edək ki, bu, ABŞ-ın yeni Prezidenti Co Baydenin iştirakı ilə keçiriləcək ilk NATO sammiti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş