NATO-nun iki gəmisi Finlandiya körfəzinə gəlib

Dünya

16.01.2025 - 09:52

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi gəmilər Baltik dənizində patrul xidməti göstərəcəklər

Baltik dənizində patrul xidmətinə göndərilən NATO-nun iki hərbi gəmisi Finlandiya körfəzinə gəlib. AYNA xəbər verir ki, “Yle” teleradio şirkəti gəmilərin hərəkətini izləyən “Vessel Finder” portalının məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəlib.

Eyni zamanda, Alyansın hərbi dəniz komandanlığı “X” sosial şəbəkəsində hərbi gəmilərin Baltik dənizində olduqlarını bildirərək onların bir neçə fotoşəkilini dərc edib. Söhbət Almaniya və Hollandiya bayraqları altında üzən gəmilərdən gedir.

Xatırladaq ki, çərşənbə axşamı NATO-nun baş katibi Mark Rutte Alyansın Baltikyanı ölkələrinin Helsinkidə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında məqsədi sualtı mühafizədən ibarət olan Baltik dənizində Baltikyanı keşikçi missiyasının işə salındığını elan etmişdi. Əməliyyatda, xüsusən də Alyans ölkələrindən olan freqatlar və dəniz patrul təyyarələri iştirak edəcək. Təşkilat bildirib ki, missiya dekabrın 25-də Finlandiya və Estoniya arasında sualtı kabelin zədələnməsinə cavab olaraq işə salınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş