Yeni sədr lider olaraq fəaliyyətinə oktyabrın 1-də başlayacaq
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli partiyanın yeni sədri seçilib.
REAL-dan AYNA-ya verilən məlumata görə, qərara əsasən, N.Cəfərli partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq.
Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.
Qeyd edək ki, İlqar Məmmədov sentyabrın 11-də partiyanın sədri postundan istefa verib.