Natalya İsayeva: ““Exit-poll”un nəticələri göstərir ki, YAP inamlı qələbə qazanıb”

Xəbərlər

02.09.2024 - 00:46

cedabet dərman SEO Xidməti

YAP-ın namizədləri “exit-poll” keçirilən 45 dairədə, yəni 60 faizində ən çox səs toplayıblar

Sosioloji Tədqiqatlar Mərkəzi ümumilikdə 75 seçki dairəsi üzrə 750 seçki məntəqəsində “exit-poll” keçirib. Nəticələr göstərir ki, Yeni Azərbaycan Partiyası (YAP) inamlı qələbə qazanıb.

AYNA xəbər verir ki, bu fikri növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı sentyabrın 1-də keçirilən mətbuat konfransında Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru Natalya İsayeva səsləndirib.

O bildirib ki, YAP-ın namizədləri “exit-poll” keçirilən 45 dairədə, yəni 60 faizində ən çox səs toplayıblar.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Seçkilərdə 990 deputatlığa namizəd mübarizə aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş