NASA-nın Marsa göndərdiyi gəminin adını məktəbli qoyub

Maraqlı

30.04.2020 - 18:43

Beləliklə yeni gəmi “Ingenuity” (yaradıcılıq, qalibiyyət mənasını verir) adını alıb

 

ABŞ-ın Alabama ştatının Northportun şagirdi NASA-nın növbəti kosmos gəmisinə ad verib. AYNA xarici mediaya əsasən xəbər verir ki, liseyin 11-ci sinif şagirdi Vneeza Rupaninin NASA-nın kosmik gəmisinə verdiyi ad qalib olub.

 

Məlumata görə, NASA ABŞ ərazisi üzrə peyk gəmisi üçün  ad seçimi “Name the Rover” yarışı təşkil edib, 28 min təklif arasından şagirdin verdiyi ad seçilib. Beləliklə yeni gəmi “Ingenuity” (yaradıcılıq, qalibiyyət mənasını verir) adını alıb.

Müəllif: Ayna.az