Narkotikin təsiri altında olan taksi sürücüsü aşkarlanıb

Xəbərlər

21.12.2021 - 15:27

Həkimlər Klinikalar SEO Xidməti

Məhkəmənin qərarı ilə vətəndaşın 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılıb

Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan taksi sürücüsünün narkotik vasitənin təsiri altında sükan arxasına keçdiyi məlum olub. AYNA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Khazar LX” markalı, 99-PV-146 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1961-ci il təvəllüdlü Quliyev İlham Bəyiş oğlu qayda pozuntusuna yol verdiyi üçün 16 dekabr 2021-ci il tarixində Baş DYP İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən stasionar postda saxlanılıb.

Onun hərəkətləri şübhə yaratdığından narkoloji testdən keçirilib və özü də cibindən narkotik vasitəni çıxararaq istifadə etdiyini etiraf edib. Məlum olub ki, o, bu vəziyyətdə taksi kimi fəaliyyət göstərir.  

DYP əməkdaşları tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib və toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə vətəndaş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş