Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

Xəbərlər

07.02.2026 - 17:35

Onun psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib

Cəlilabad rayonu ərazisində "Vaz 2106" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.

Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş