Nardarandakı daş karxanasının direktoruna məcburi göstəriş verilib

Xəbərlər

27.08.2020 - 14:21

cedabet dərman SEO Xidməti

Ətrafa səs-küy və tozun yayılmasının qarşısı alınacaq

 

Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı ətrafa tozun və səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb.

 

AYNA-nın xəbərinə görə, xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun və səs-küyün yayılması faktı təsdiqini tapıb.

 

“Ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədilə müəssisənin direktoruna məcburi göstəriş verilib”, - deyə Bağırov vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş