İş yerində qəfil ölümün səbəbləri müəyyənləşdirilir
Naftalanda sanatoriyada çalışan kişi iş başında ölüb.
AYNA.AZ-ın "Report"a istinadən xəbərinə görə, Naftalan şəhərində fəaliyət göstərən müalicə və istirahət sanatoriya mərkəzlərinin birinin işçisi, şəhər sakini, 1970-ci il təvəllüdlü H.Abbasov iş başında ölüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.