“Müstəqillik Günü haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi

Xəbərlər

11.10.2021 - 17:14

Həkimlər Klinikalar SEO Xidməti

28 May-Müstəqillik Günü, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü olacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

AYNA xəbər verir ki, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir.

Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş