Qarik Qaleyanın saxlanması ilə bağlı müxtəlif versiyalar var
44 günlük müharibədə ölən erməni əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan saxlanılıb. AYNA xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.
“Bəli, mən bunu təsdiq edirəm. Əlavə açıqlama verəcəyik”, - deyə Abramyan bildirib.
Erməni mediasında ölən əsgərin atasının saxlanması ilə bağlı müxtəlif versiyalar tirajlanır. Bildirilir ki, o, avtomobildə silah saxladığı üçün tutulub. O da qeyd edilir ki, həbs narkotiklə bağlıdır.
Xatırladaq ki, iyulun 14-də Ermənistan İstintaq Komitəsi Qarik Qaleyana və onun qardaşı Artur Qaleyana qarşı cinayət təqibinin başlandığını elan edib. Onlara 2022-ci il iyunun 30-da baş vermiş insidentlə bağlı Ermənistan Baş Prokurorluğunda ittiham irəli sürülüb.