Alovların hava limanı və yaşayış ərazilərinə yayılmaması üçün qabaqlayıcı tədbirlər görülür
Türkiyənin Muğla vilayətinin Kızılpınar bölgəsində yerləşən Dalaman hava limanı yaxınlığında meşəlik ərazidə yanğın baş verib.
AYNA Türkiyə mediasına istinadən bildirir ki, bölgəyə çox sayda yanğınsöndürən maşın və helikopterlər cəlb olunub. Havadan və qurudan yanğının söndürülməsi işləri davam etdirilir.
Alovların hava limanı və yaşayış ərazilərinə yayılmaması üçün qabaqlayıcı tədbirlər görülür.