Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələrin tarixi açıqlanıb

Xəbərlər

02.02.2021 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Müsahibələr "Microsoft Teams" platforması üzərindən keçiriləcək

 

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsinə 5 fevral tarixindən başlanılacaq.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, bu mərhələdə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat artıq göndərilib. Onlayn müsahibə mərhələsinə 2948 nəfər dəvət olunub.

 

Müsahibələr "Microsoft Teams" platforması üzərindən keçiriləcək.

 

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla da tanış olmağı tövsiyə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş