Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ

Xəbərlər

08.09.2025 - 13:18

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırırıq”

Pirəkəşkül və Ağdərədə 8-12 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş