Müdafiə Nazirliyi erməni mediasının yazdığını təkzib etdi

Xəbərlər

05.09.2021 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycan hərbçilərinin sərhədyanı ərazilərdəki otlaq sahələrini yandırması barədə məlumatlar böhtandır”

 

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". AYNA xəbər verir ki, bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin məlumatında əksini tapıb.

 

Müdafiə Nazirliyi bir daha bildirir ki, bu tip məlumatlar əsasızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş