Müdafiə Nazirliyi daha bir açıqlama yaydı

Siyasət

15.10.2021 - 08:48

Müdafiə Nazirliyi: "Partlayış işləri ilə əlaqədar narahatlığa əsas yoxdur"

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş