Mehriban Əliyeva Azərbaycanın xristian icmasını təbrik edib

Siyasət

19.04.2020 - 01:52

"Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir"

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “İnstagram” səhifəsində respublikamızın bütün xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

 

AYNA xəbər verir ki, təbrikdə deyilir:

 

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! 

 

Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!”.

Müəllif: Ayna.az