İsrail İranın yeni Ali Rəhbərini aradan götürmək üçün əməliyyat keçirəcək
Prezident Donald Tramp köməkçilərinə ABŞ-ın tələblərinə tabe olmasa, İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin sui-qəsdini dəstəkləyəcəyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, İsrail İranın yeni Ali Rəhbərini aradan götürmək üçün əməliyyat keçirəcək.
İsrailin Müctəba Xameneyini məhv etmək məqsədi daşıyan əməliyyat keçirəcəyini hazırkı və keçmiş ABŞ rəsmiləri “The Wall Street Journal” nəşrinə deyiblər. Onlar İsrailin ABŞ ilə birgə əməliyyatda İran rəhbərliyinə qarşı hücumlarda liderlik etdiyini söyləyiblər.
Nəşrin mənbələrinə görə, ABŞ Prezidenti köməkçilərinə bildirib ki, əgər oğul Xameneyi ABŞ-ın tələblərinə, xüsusən də nüvə proqramının inkişafının dayandırılmasına əməl etməsə, İranın yeni Ali Rəhbərinə qarşı sui-qəsdini dəstəkləyəcək.
Qeyd edək ki, Müctəba Xameneyi atası Əli Xameneyinin öldürülməsindən bir müddət sonra, martın 9-da İranın yeni Ali Rəhbəri seçilib.