Jurnalistlərin seçki məntəqələrində fəaliyyətinə aydınlıq gətirilib
Məntəqələrə buraxılan jurnalistlərin Media Reyestrində olub-olmaması yoxlanılırmı? AYNA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında bu məsələyə aydınlıq gətirib.
“Bu, Azərbaycanda ilk təcrübədir. Seçki zamanı hamı Seçki Məcəlləsinin tələbinə uyğun fəaliyyət göstərməlidir, burada hansısa zümrə yoxdur. Qarşılıqlı anlaşmada fəaliyyət göstərilsə, problem yaranmaz. Heç kəsin Seçki Məcəlləsinin tələbini və digər qanunvericilik aktlarını pozmağa haqqı yoxdur”, - deyə o bildirib.
“Əgər pozuntu olsa, biz həm Seçki Məcəlləsinin tələbinə, həm də digər qanunvericilik aktlarının tələbinə uyğun ciddi addımlar atacağıq. Biz MSK olaraq heç vaxt qadağalarla danışmırıq. Biz çoxluğun fikrinin ortaya qoyulmasının tərəfdarıyıq. Çoxluğun tələbi də qanunvericilik tələbləri nəzərə alınmaqla, bütün sivil ölkələrdə olduğu kimi ortaya qoyulmalıdır”, - deyə Pənahov söyləyib.