MSK sədri beynəlxalq müşahidəçilərə çağırış edib

Xəbərlər

17.01.2024 - 12:39

“Beynəlxalq müşahidəçilər düzgün müşahidə aparmaq missiyasını yerinə yetirməlidirlər”

Növbədənkənar prezident seçkisi ilə əlaqədar yaradılmış Müstəqil Media Mərkəzinə baxış keçirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb.

AYNA-nın xəbərinə görə, M.Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gedərək orada yaradılmış seçki mühiti ilə tanış ola bilərlər: “Seçkilərdə xüsusilə beynəlxalq müşahidəçilər düzgün müşahidə aparmaq missiyasını yerinə yetirməlidirlər. Onlar bütün ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdəki seçki prosesini müşahidə etməlidirlər. Bunu ən yüksək səviyyədə onların diqqətinə çatdırmaq lazımdır”.

Xatırladaq ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkidə 7 prezidentliyə namizəd mübarizə aparacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş