Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədləri qeydə almağa hazırlaşır.
AYNA-nın xəbərinə görə, bu barədə qurumun sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.
“Növbədənkənar prezident sekçilərində namizədlərin qeydə alınması üçün prosesə başlayacağıq”, - o bildirib .
MSK sədri deyib ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri tarixi seçkilərdir: “Ərazilərimiz bərpa edildikdən sonra bütün ölkə ərazisində ilk dəfə seçkilər keçiriləcək. Ona görə də bu seçkiləri tarixi seçkilər adlandırmaq olar”.