Mourinyo "Fənərbaxça"nın baş məşqçisi postundan getmir

İdman

27.05.2025 - 16:11

cedabet dərman SEO Xidməti

Portuqaliyalı Türkiyə klubunu növbəti mövsümdə UEFA Çempionlar Liqasına çıxarmağı hədəfləyir

Təcrübəli baş məşqçi Joze Mourinyo "Fənərbağça"da qalacağını və UEFA Çempionlar Liqasında mübarizə aparmağa çalışacağını bildirib. AYNA.AZ “SporX”a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı Əli Koçun ona güvəndiyini və komandada qalmasını istədiyini bildirib.

"Klub prezidenti mənə güvənir. Gələn mövsüm UEFA Çempionlar Liqasının ümumi mərhələsində mübarizə aparmaq üçün çalışmalıyıq. Klub rəhbərliyi ilə mənim hədəflərimiz eynidir. Ona görə də "Fənərbağça"da qalacağam", - Mourinyo bildirib.

Qeyd edək ki, Joze Mourinyonun "Fənərbağça" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş