Bundesliqada yeni rekord vurulub

İdman

07.06.2020 - 01:26

Münhenlilərin cari mövsümdəki top fərqi 90:30-adır

 

Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, bu, XXX turun "Bayer" - "Bavariya" qarşılaşmasında baş verib.

 

Leverkuzendəki görüşdə rəqib üzərində 4:2 hesablı qələbə qazanan "Bavariya" 30 turdan sonra qol sayını 90-a çatdıran ilk Almaniya komandası olub. Münhenlilərin cari mövsümdəki top fərqi 90:30-adır.

 

Qeyd edək ki, "Bavariya" hazırda 70 xalla turnir cədvəlinə başçılıq edirsə, "Bayer"in aktivində 56 xal (5-ci yer) var.

Müəllif: Ayna.az