Zaxarova: “Ağ Evdən verilən bu cür bəyanatlar millətçi hissləri qızışdırmağa yönəlmiş növbəti təxribatdır”
“Ağ Evin Mahaçqaladakı iğtişaşları Rusiya imperiyasındakı yəhudi qırğınları ilə müqayisə etməsi millətçiliyi qızışdırmaq üçün təxribatdır”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova ABŞ-ın Dağıstandakı iğtişaşlarla bağlı açıqlamasına belə cavab verib: “Ağ Evdən verilən bu cür bəyanatlar millətçi hissləri qızışdırmağa yönəlmiş növbəti təxribatdır”.
Diplomat vurğulayıb ki, Rusiya XİN bunu Rusiyada vəziyyəti gərginləşdirmək üçün növbəti cəhd kimi qiymətləndirir.