Moskvada rus general güllələnib

Dünya

06.02.2026 - 14:06

Rusiya Qəhrəmanı Vladimir Alekseyev sağ qalıb

Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə İstintaq Komitəsi hadisənin Volokolamsk şosesində baş verdiyini açıqlayıb.

Bildirilib ki, naməlum şəxs 24-cü mərtəbədə yaşayan Alekseyevə bir neçə dəfə arxadan atəş açıb.

General sağ qalıb və xəstəxanaya yerləşdirilib.

Moskva İstintaq Komitəsinin müstəntiqləri kamera görüntülərini araşdırır və şübhəlini axtarır.

General-leytenant Vladimir Alekseyev 2011-ci ildən QRU rəisinin birinci müavini vəzifəsində çalışır. 2017-ci ildə ona Rusiya Qəhrəmanı adı verilib. Müstəntiqlər hadisə yerində işləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş