Şübhəlilər motosikletlə hadisə yerindən qaçıblar
Moskva vilayətinin Noqinsk rayonunda narkotik alverçilərinə qarşı əməliyyat zamanı iki polis əməkdaşı həlak olub. AYNA xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, ölən polislər rayon polisinin köməkçisi və əməliyyatçıdır. Onlar pusqu zamanı həlak olublar. Əməliyyat zamanı cinayətkar tapançadan polisə atəş açıb.
Hücumun üç polis əməkdaşına qarşı həyata keçirildiyi bildirilir.
Qeyd olunub ki, polisləri güllələyən şübhəlilər motosikletlə hadisə yerindən qaçıblar.