Koronavirusdan ölənlərin sayı artmaqda davam edir
Rusiyanın paytaxtı Moskvada sutka ərzində koronavirus infeksiyasına yoluxan daha 25 xəstə ölüb.
AYNA-nın məlumatına görə, bu barədə paytaxt koronavirusla ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahından bildirilib.
Bildirilib ki, Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 25 xəstə dünyasını dəyişib.
Ümumilikdə şəhərdə koronavirusdan 3 694 nəfər ölüb.