Təyyarə Ermənistan paytaxtına təhlükəsiz eniş edib
Moskva-İrəvan reysinin göyərtəsində yanğın baş verib və təyyarənin əl baqajı uçuş zamanı alovlanıb.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, stüardessalar tez hadisə yerinə gəliblər və alovu söndürmək üçün üç yanğınsöndürəndən istifadə ediblər.
Çantadakı enerji blokunun alovlandığı ehtimal olunur. Hadisə nəticəsində xəsarət alan olmayıb və təyyarə istiqamətini dəyişməyib.
"FlyOne Armenia" təyyarəsi Ermənistan paytaxtına təhlükəsiz eniş edib.