Seçkilərin ikinci turu iki həftədən sonra - noyabrın 3-də keçiriləcək
Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda hazırkı Prezident Maya Sandu və namizəd Aleksandr Stoyanoqlo mübarizə aparacaqlar. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
Seçki məntəqələrində protokolların 98,51 faizinin sayılmasından sonra alınan məlumatlar göstərir ki, namizədlərdən heç biri birinci turda qalib gəlmək üçün lazımi sayda səs toplaya bilməyib.
Belə ki, Prezident Maya Sanduya 640 881 seçici səs verib ki, bu da seçkilərdə iştirak edənlərin 42,07 faizi deməkdir. İkinci yeri Aleksandr Stoyanoqlo tutub. Onu 400 208 vətəndaş dəstəkləyib ki, bu da seçicilərin ümumi sayının 26,27 faizini təşkil edir.
MSK-nın məlumatına görə, Sandu demək olar ki, 240 673 səs fərqi ilə qalib gəlir.
Seçkilərin ikinci turu iki həftədən sonra - noyabrın 3-də keçiriləcək.