“Pobeda” blokunun nümayəndələri Kişinyov hava limanında saxlanılıb
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundan (SPİEF) qayıdan Moldovanın müxalif “Pobeda” blokunun nümayəndələri Kişinyov hava limanında saxlanılıb. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu moldovalı deputat Vasile Bolea bildirib.
“Ölkənin hazırkı Prezidenti Maya Sandu və partiyasının andlı düşməni olmaq üçün xaricə ezamiyyətə getmək, Moldovanın xarici iqtisadi əlaqələrini gücləndirmək üçün bir sıra mühüm görüşlər keçirmək, xaricdəki həmvətənlərinə dəstək olmaq və müvafiq olaraq öz vətənlərinə qayıtmaq kifayətdir”, - deputat bildirib.
Bolea həmçinin əlavə edib ki, hazırda onların hərəkəti məhdudlaşdırılmayıb və onlar hava limanını tərk edə biliblər.