Moldovada NATO-nun hərbi mərkəzi tikilir?

Dünya

05.08.2024 - 14:28

Həkimlər Klinikalar SEO Xidməti

Ölkənin Baş naziri NATO hərbi mərkəzinin tikintisini təkzib edib

Moldovanın qərbindəki Bereştidə NATO üçün logistika mərkəzi deyil, kənd təsərrüfatı mərkəzi tikiləcək. AYNA xəbər verir ki, Moldovanın Baş naziri Dorin Recean “Newsmaker”ə müsahibəsində hərbi obyektin tikintisi ilə bağlı məlumatı təkzib edib.

“Bu yalandır. Kənd təsərrüfatı istehsalçılarımızın sifarişi ilə Bereştidə terminal tikiləcək”, - deyə hökumət başçısı bildirib.

O qeyd edib ki, mərkəz nəqliyyat kommunikasiyalarının bütün növlərinə - avtomobil yollarına, dəmir yollarına və çaylarda naviqasiyaya yönəldiləcək.

Bundan əvvəl müxalifətdən prezidentliyə namizəd Vasili Bolya Moldovanın Qərb tərəfindən müstəmləkəçiliyə çevrilməsindən danışıb. Onun sözlərinə görə, hakim Fəaliyyət və Həmrəylik Partiyası qanunvericiliyə elə dəyişiklik etmək istəyir ki, Avropa İttifaqının qaydaları ölkə konstitusiyasından daha çox qüvvəyə malik olsun.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş