“Onlar müqavilə öhdəliklərini yerinə yetirə bilmədilər - qaz tədarükünü dayandırdılar"
Moldova 2026-cı ilin sentyabrında başa çatan “Qazprom” ilə qaz təchizatı müqaviləsini yeniləməyəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Moldovanın energetika naziri Dorin Yunqietu deyib.
Nazir müqavilənin uzadılması ehtimalı ilə bağlı suala cavab olaraq bildirib: "Bu müqavilənin uzadılması barədə heç bir söhbət getmir. Onlar müqavilə öhdəliklərini yerinə yetirə bilmədilər - qaz tədarükünü dayandırdılar".
Ukrayna 2025-ci ilin yanvar ayından etibarən Rusiya qazının öz ərazisindən keçməsinə icazə vermədikdən və Kişinyov istehlak edilən yanacaq üçün borcunu ödəməkdən imtina etdikdən sonra “Qazprom” Moldovaya tədarükü dayandırıb. Daha sonra Moldova Qərb enerji şirkətlərinə keçib, lakin yüksək yanacaq qiymətləri ilə üz-üzə qalıb.