Sərhəd rayonlarımız ağır artilleriyanın atəşinə məruz qalır
Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.
Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.
Bununla yanaşı, oktyabrın 26-sı, saat 11:20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.