“Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir”
“Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən guya raket atəşinə tutulması barədə yaydıqları məlumat yalandır”. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
“Bir daha bildiririk ki, Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur. Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir”, - deyə MN açıqlamada bildirib.