Misirin sabiq qədim əsərlər naziri Kraliça Nefertitinin büstünün geri qaytarılmasını tələb edən petisiya yaradıb
Əvvəllər Misirin qədim əsərlər naziri vəzifəsində çalışmış arxeoloq Zahi Havass 20-ci əsrin əvvəllərində Almaniyaya aparılan Kraliça Nefertitinin büstünün geri qaytarılmasını tələb edən petisiya yaradıb.
AYNA xarici mediaya istinadən bildirir ki, Nefertitinin əhəng daşından hazırlanmış büstü hazırda Berlindəki Neues muzeyində saxlanılır. Artefakt 1912-ci ildə Qahirədən 300 km aralıda Tell-əl-Amarnada alman arxeoloji ekspedisiyasının bir hissəsi kimi aşkar edilib. Bir il sonra tapıntı Almaniyaya aparılıb.
Sentyabrın 7-də dərc olunmuş petisiyasında Havass büstün qanunsuz götürüldüyünü vurğulayaraq, onun vətəninə qaytarılmasını istəyib. O, həmçinin ictimaiyyətə müraciət edərək onun təşəbbüsünü dəstəkləməyə və saytda petisiya imzalamağa çağırıb.