Quruma müraciət I-V günləri saat 09:00-dan 18:00-dək edə bilərlər
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Qurumdan AYNA-ya bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və vətəndaşlığa bərpa ilə bağlı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri bu gündən etibarən həftənin I-V günləri saat 09:00-dan 18:00-dək (13:00-dan 14:00-dək nahar fasiləsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında və regional miqrasiya idarələrinin (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) inzibati binalarında qəbul ediləcək.