MİQ üzrə müsabiqənin test imtahanları başlayır

Xəbərlər

27.06.2024 - 11:50

Test imtahanları iyulun 2-dən 10-dək keçiriləcək

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elm və Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Test imtahanları iyulun 2-dən 10-dək ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş