Stefan Viskontinin yerinə Bris Rokfey yeni həmsədr təyin olunub
ATƏT-in Minsk Qrupunnun Fransadan olan həmsədri dəyişdirilib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa hökumətinin saytında məlumat yerləşdirilib.
Xəbərdə qeyd edilir ki, diplomat Stefan Viskontinin yerinə Bris Rokfey yeni həmsədr təyin olunub.
Rokfey bundan əvvəl Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsulu olub.