Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib
Mingəçevir şəhərində ümumi sahəsi 24 kvadratmetr olan dəmir və taxta konstruksiyadan ibarət 3 otaqlı vaqon tipli evin bir otağında döşəmə 4 kvadratmetr sahədə yanıb.
AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.