Mingəçevirdə xeyli silah-sursat aşkarlanıb

Xəbərlər

16.12.2023 - 20:32

Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Mingəçevirdə 2-si avtomat olmaqla xeyli sayda silah-sursat aşkar edilib.

AYNA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son 2 gün ərzində daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 500-ə yaxın avtomat silahına məxsus patron, 3 ədəd daraq , 6 qumbara və 5 ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş