Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar

Xəbərlər

16.10.2024 - 13:18

Bu, “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb

Minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar. AYNA xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin oktyabrın 16-da keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş