“Milli Ön” “Azercell”ə ödəmə xidmətini deaktiv edib - <font color=red> SƏBƏB</font>

Cəmiyyət

10.08.2020 - 15:11

Yaxın zamanda xidmətin yenidən aktiv edilməsi nəzərdə tutulur

 

“Milli Ön” ödəniş sistemində “Azercell” ödəmə xidməti deaktiv edilib. “Azercell”in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, səbəb şirkətlər arasındakı müqaviləyə xitam verilməsidir.

 

“Hazırda tərəflər arasında müqaviləyə xitam verildiyindən xidmət müvəqqəti olaraq dayandırılıb. Yaxın zamanda xidmətin yenidən aktiv edilməsi nəzərdə tutulur”, - deyə “Azercell”dən qeyd olunub.

Müəllif: Aləmdə Nəsib