Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilir

Xəbərlər

31.05.2020 - 11:32

cedabet dərman SEO Xidməti

İclasa sədr Sahibə Qafarova və onun müavinləri, habelə digər deputatlar tibbi maska ilə qatılıblar

 

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb. AYNA xəbər verir ki, bu, spiker Sahibə Qafarovanın sədrliyi ilə Parlamentin yaz sessiyasının sonuncu plenar iclasıdır.

 

İclasın gündəliyinə 12 məsələ daxil edilib. İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi, “Dövlət rüsumu haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq.

 

Qeyd edək ki, iclasda Milli Məclisin Sədri Sahibə Qafarova və onun müavinləri, habelə digər deputatlar tibbi maskadan istifadə edirlər. İclasda Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli spikerin iclası aparması üçün maskadan istifadə etməməsini təklif edib. Təklif qəbul olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş