Milli Məclisdə kadr dəyişikliyi edilib

Xəbərlər

12.02.2021 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Əli tutduğu vəzifədən azad edilib, onun yerinə Mehman Qayıbov təyin olunub

 

Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Əli tutduğu vəzifədən azad edilib. AYNA xəbər verir ki, bu barədə Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.

 

Xatırladaq ki, Ceyhun Əli 2020-ci ilin mayında Milli Məclisə mətbuat katibi - Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu. Ceyhun Əli həmin vaxtadək İctimai Televizyada aparıcı idi.

 

Onun yerinə Mehman Qayıbov təyin edilib.

 

Mehman Qayıbov bu təyinatadək Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

 

Milli Məclisdən bildirilib ki, parlament bundan sonra da mətbuatla sıx əməkdaşlığı davam etdirəcək. Ölkədə aparılan islahatların fonunda şəffaflığın təminatı həyata keçiriləcək. Pandemiyadan sonra ənənəvi toplantılar bərpa olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş