Partiya mənsubiyyəti olan 81 seçilmiş deputat var
Partiya mənsubiyyəti olan 81 seçilmiş deputat var. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 11 siyasi partiya Milli Məclisdə təmsil olunacaq.
Qeyd edib ki, parlament seçkilərində dövlət qeydiyyatına alınmış 26 siyasi partiyadan 25-i iştirak edib.