MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb

Xəbərlər

03.12.2025 - 16:19

Daxili İşlər Nazirliyi məlumat yayıb

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb. AYNA.AZ xəbər verir bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş