Məzahir Pənahov seçicilərə müraciət edib

Xəbərlər

20.12.2023 - 14:11

“Azərbaycan vətəndaşları seçkidə aktiv iştirak etsinlər”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib. AYNA xəbər verir ki, MSK sədri jurnalistlərə açıqlamasında seçicilərə müraciət edərək bildirib ki, bütün Azərbaycan vətəndaşları seçkidə aktiv iştirak etsinlər.

M.Pənahov vurğulayıb ki, hər bir seçki hüququ olan Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, seçkilərdə iştirak etməlidir.

“Bizim üçün hərbçidir, cəzaçəkmə müəssisəsində olan məhbusun heç bir fərqi yoxdur. Bizim üçün sadəcə seçici var. Hüququ olan seçici öz hüququnu həyata keçirməlidir”, - deyə MSK sədri qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş