Meymunçiçəyi pandemiya elan edildi: "Milyonlarla insan öləcək" 

Dünya

23.06.2022 - 17:16

Ümumdünya Səhiyyə Şəbəkəsi məlumat yayıb

Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bu günə qədər 58 ölkədə 3 417 təsdiqlənmiş meymunçiçəyi hadisəsi qeydə alınıb. Epidemiya bir neçə qitədə sürətlə genişlənir. 

Şəbəkə ölkələri və qlobal səhiyyə orqanlarını təcili, effektiv tədbirlər görməyə çağırıb.

“Qlobal epidemiya razılaşdırılmış qlobal tədbirlər olmadan bitməyəcək. Hətta meymunçiçəyi xəstəliyindən daha aşağı ölüm nisbəti olsa belə, onun davamlı yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insan öləcək və daha çox insan kor və əlil olacaq”, - deyə mesajda qeyd edilir.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə